“Peugeot Citroen” qrupu alman avtomobil istehsalçısı olan “Opel”i 2,2 milyard avroya satın alıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, artıq “Peugeot-Citroen” “Volkswagen”dən sonra Avropanın ikinci ən böyük nəqliyyat istehsalçısı olacaq.
“Peugeot Citroen” qrupunun idarə heyətinin sədri Karlos Tavares bildirib ki, şirkətlərin birləşdirilməsi bu avtomobil markasının inkişafında dönüş yaradacaq və gələcəkdə böyük uğurlara yol açacaq.