Tayland həkimləri dəniz tısbağasının mədəsindən 915 ədəd qəpik çıxarıblar.
"Ölkə.Az" xəbər verir ki, hadisə Taylandın paytaxtı Banqkokda baş verib. "Bank" adlı tısbağa bölgədə yaşayanların qəpik atdığı hovuzda yaşayır.
Ümumi çəkisi 5 kiloqram olan qəpiklər tısbağanın mədəsində bir top formasında olub və qarın qabığını qıraraq su heyvanının həyatına təhlükə yaradan infeksiyaya səbəb olub.
Bangkok universitetinin baytarlıq fakultəsinin 5 cərrahı 4 saat tısbağa üzərində əməliyyat keçiriblər. Əməliyyat nəticəsində tısbağanın mədəsindən qəpiklər çıxarılıb.
Qeyd edək ki Tayvanda tısbağaların yaşadığı hovuza qəpik atmağın ömrü uzatdığına inanırlar.