Koreyanın paytaxtı Seulda “Urbantrainer” şirkətinin memarları ucuz və tez başa gələn “bina”nın layihəsini hazırlayıblar.
AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, binanın tikintisində dəniz konteynerlərindən istifadə edilib. Onun daxilində vestibül, kafe, bar və istirahət zonası yerləşir. Konteyner-bina hündür tavana malik olmaqla, həm də işıqlıdır.
Mütəxəssislərin fikrincə, tikinti materialına alternativ olaraq dəniz konteynerlərinin tətbiqi gələcəkdə də planlaşdırılır.