Fransada “Malka Plug-in City 75” şirkətinin memarları Paris şəhərinin köhnə binalarına yeni yaşayış modulları quraşdırmaq təklifini irəli sürüblər.
AZƏRTAC bildirir ki, meqapolislərdə yeni binaların inşası üçün yer az olduğundan, yaşayış sahəsinin artırılmasına xidmət edən təklif maraqla qarşılanıb.
Taxtadan hazırlanmış modul qutular həddən ziyada yüngül olmaqla yanaşı, daşınması və quraşdırılma prosesi də çox asandır.