Qadınlar yaraşıqlı kişinin yanında ancaq salat yeyirlər
Qadın və kişilər üzərində tədqiqat aparan Danimarka alimləri nəticələri açıqlayıblar
"Ölkə.Az" xəbər verir ki, yaraşıqlı kişi ilə şam yeməyinə çıxan qadın adətən salat sifariş edir. Gözəl qadınla masa arxasında əyləşən kişi isə bahalı yeməklər sifariş edir.
Alimlər 5 təcrübədən ibarət tədqiqat sırasında partnyorun cəlbediciliyinin yemək seçiminə necə təsir etdiyini analiz ediblər. Kişilər bahalı içki və yeməyə pul xərcləyərək qadında xoş təəssürat oyatmaq, diqqətini cəlb etməyə çalışıblar. Qadınlar isə az kalorili, yüngül qida seçməklə sağlamlıqlarının və gözəlliklərinin qayğısına qaldıqlarını nümayiş etdirməyə cəhd ediblər. Bu isə qadınların kişilərdə imkan, kişilərin isə qadınlarda xarici görünüş və sağlamlıq cəhətlərini üstün tutduğunu bir daha sübut edir.