Danimarkada İkinci Dünya müharibəsinə aid təyyarə qalıqları tapılıb.
Oxu.Az xəbər verir ki, qalıqları 14 yaşlı məktəbli Daniel Kristiansen təsadüfən aşkarlayıb.
Şagird tarix dərsi üçün maraqlı əşya axtararkən metal qurğular tapıb və həmin detalların təyyarə qalıqları olduğu məlum olub. Araşdırmalar zamanı müəyyən edilib ki, təyyarə İkinci Dünya müharibəsi zamanı istifadə edilib. Bundan başqa, detallar arasında pilotun qalıqları aşkar edilib. Tarixçilər həmin alman pilotun şəxsiyyətini müəyyən etməyə çalışırlar.