Fransada bir cütlük 1 dollara aldığı mağaranı lüks mənzilə çevirib
"Ölkə.Az" xəbər verir ki, Fransada yaşayan Aleksis Lamer və Lott van Riel cütlüyü Lottun bibisindən qalan bir mağaranın hərracda satıldığını eşidir. Bu xəbərdən sonra cütlük mağaranı almaq qərarına gəlir.
Cütlük Fransanın Lur vadisində yerləşən mağaranı 1 dollara satın alır. Amma xarabaya çevrilmiş mağarada yaşamaq mümkün olmadığı üçün ciddi təmirə ehtiyac olduğunu görürlər. 10 fərqli banka kredit üçün baş vursalar da, rədd cavabı alan cütlük restoranda işləyərək pul yığmaq qərarına gəlirlər. 3 ildən sonra təmir üçün lazım olan pul yığılır.
Təmirdən sonra mağara lüks mənzilə çevrilir.