13 mart 2017 21:10
336

Nəhəng gəminin “burnunu” xatırladan kompleks

Niderlandın “BIG” memarlıq bürosu özündə 380 mənzili, 4000 kvadratmetr ticarət sahəsini və ictimai yerləri, həmçinin su üzərində yerləşdirilə bilən 30 “üzən ev”in layihəsini hazırlayıblar.

AZƏRTAC bildirir ki, “Sluishuis” adlanan kompleks “arka” formasına malik olmaqla Amsterdamın gözəl mənzərəli rayonlarından birində tikiləcək.

Kompleksin silueti baxış bucağından asılı olaraq dəyişir. Belə ki, bir tərəfdən baxanda o nəhəng gəminin “burnunu” digər tərəfdən isə şaquli şəkilli yaşıl bağı xatırladır.

Layihə müəlliflərinin fikrincə, “Sluishuis” Amsterdamın sakinləri və qonaqları üçün gözəl səyahət yerinə çevriləcək.