Türkiyədə 60 yaşlı qadının öləndən sonra kişi olduğu ortaya çıxıb.
Film kimi baş verən hadisə hər kəsin marağına səbəb olub.
Silivri dövlət xəstəxanasına gətirilən xəstənin həyatını xilas etmək mümkün olmayıb. Xəstə Şükran A. adlı pasportla qeydiyyatdan keçibmiş. Pasportda xəstənin 60 yaşı olduğu göstərilir. Həkimlər şübhələndikləri üçün cəsədi tibbi ekspertizaya göndəriblər. Tibbi ekspertiza 60 yaşlı xəstənin qadın yox, kişi olduğunu ortaya çıxarıb. Qadının həyat yoldaşı və 22 yaşlı qızı şoka düşüblər.
"Necə olur, mənim arvadım qadındır. Məndən uşaq da dünyaya gətirib”, – deyə ər bildirib.
Polisin araşdırmasından sonra isə hər şey ortaya çıxıb.
Ölən Şükran A. yox, Nail Ç. adlı şəxs olub. Sadəcə olaraq, Nail Ç. Şükran A.-ya aid pasportdan istifadə edib.
Şükaran A. deyir ki, illər öncə pasportunu itirib: "Məni polis mərkəzinə çağırdılar. Qeydiyyatda ölü olduğumu dedilər. Amma mən yaşayıram. İllər öncə pasportumu itirmişəm, görünür ondan istifadə edirmişlər. Mən şokdayam”.
Qeyd edək ki, bütün bunlar məşhur teleaparıcı Muge Anlının proqramında ortaya çıxıb./publika.az