ABŞ alimləri bildiriblər ki, apardıqları elmi araşdırma nəticəsində insan sağlamlığı üçün təhlükəli olan meyvəni müəyyən etmək imkanı əldə ediblər.
Məlum olub ki, ən çirkli pesdisit maddə ən sevimli çiyələk giləmeyvəsinin tərkibindədir. Alimlər təkcə çiyələk deyil, bir çox meyvələrin tərkibini tətbiq ediblər. Nəticədə məhz bu giləmeyvənin insan sağlamlığı üçün təhlükəli olduğu müəyyən edilib. Çiyələyin tərkibindəki təhlükəli maddələrin səviyyəsi 70%-ə qədərdir. Təsdiq olunub ki, çiyələk giləmeyvəsi insan sağlamlığı üçün ən böyük təhlükədir. İş bundadır ki, çiyələyin yetişdirilməsində daha çox pesdisit maddədən istifadə olunur. Bu maddə insanlarda xərçəngə, Parkinson xəstəliyinə, diabetə və sonsuzluğa səbəb ola bilər. Bundan başqa, alimlər bildiriblər ki, pesdisit təkcə çiyələyin deyil, bir çox digər meyvə və tərəvəzlərin yetişdirilməsində istifadə olunur. Lakin məhz çiyələyin tərkibi 100% zəhərli pesdisit maddədən ibarətdir. İkinci yeri ispanaq və alma tutur, bunlardan sonra armud və nektarlar, ardınca isə üzüm, ilənar, kərəviz və şaftalı bu siyahıya daxil olunur.
Lakin alimlər bildiriblər ki, kimlər ki, məhsulların təmizliyindən narahat olur həmin insanlara avokado, kivi, qreyfrut, ananas, tərəvəzlərdən isə gül kələm, qarğıdalı, mərəçüyüd və badımcan yemək məsləhət görülür. Bu məhsullar insan sağlamlığı üçün daha təhlükəsiz hesab olunur.