- 72%-lik sabunun köpüyü və ağcaqayın budaqları qarışdırılmış buxar vannasını qəbul etmək dərini çox yaxşı təmizləyir.
- Soyuqdəymədən qoruyur. İlk mərhələlərdə bu sabunu suda həll edin, pambığı batırıb burnunuzun uclarını silin. Burun uclarını tez-tez məişət sabunu ilə yusanız mikroblar daha tez ölər və tez sağalarsınız.
- Göbələk xəstəliyinin sağalmasına kömək edir. Sabuna batırılmış fırça ilə həmin nahiyəni yuyun və daha sonra yodlayın.
- Gecə yatarkən diş fırçasını bu sabunun suyunda saxlayın. Bu üsul dezinfeksiya edir.
- Əgər əlinizdə kəsik və ya cızıq varsa, həmin hissəni məişət sabunu ilə sürtün. Yaranı dezinfeksiya edər və daha tez sağalmasına kömək edər.
- Çibandan xilas olmaq üçün 1 ədəd sürtgəcdən keçirilmiş soğan, sabun və şəkər tozunu qarışdırın. Bu qarışımı çibanın üzərinə qoyub sarıyın.
- Çatlamış dabanlar üçün 2 litr isti su, 1 çay qaşığı soda və 1 stəkan sürtgəcdən keçirilmiş sabunu qarışdırıb istifadə edə bilərsiniz.
- Günəş yanması zamanı göynəmə və qabığa qarşı 72%-lik sabun müsbət təsir göstərəcək.
- Göyərmiş nahiyəyə buz qoymaqdansa bu sabunu sürtmək daha məqsədəuyğundur. Bu sabun zərbədən əmələ gələn şişliklərin, qançırların aradan qaldırılmasına çox kömək edir.
Röya Şahbazi, “İki sahil”