30 mart 2017 22:21
484

Gecələr işıq saçan qurbağa

Argentina tədqiqatçıları dünyada ilk dəfə işıq saçan qurbağa aşkarlayıblar.

AZƏRTAC rueconomics.ru saytına istinadla xəbər verir ki, tədqiqatçılar bu nadir qurbağa növünə Cənubi Amerikada Amazon çayının hövzəsində rast gəliblər. Məlum olub ki, bu qurbağa zülmət qaranlıqda belə işıq saça bilir.

Bioloqlar bildiriblər ki, qurbağada hava qaralanda işıqlanma üç dəfə, gecə isə 19 faiz artır.