31 mart 2017 00:34
421

Yupiterin yeni fotoları yayımlandı

NASA Yupiter planetinin şəkillərini çəkmək üçün kosmosa peyk göndərib.

"Ölkə.Az" xəbər verir ki, "Juno" adlı peyk basketbol sahəsi böyüklükdədir və 1 milyard dollar dəyəri var. Peyk artıq ilk fotoları Yerə göndərib.

"Juno" peyki 2011-ci ilin avqust ayında kosmosa göndərilib. Peykin Yupiterə 5 ilə çatıb. Bu müddət ərzində kosmik gəmi 415 milyon mil məsafə qət edib.

İlk dəfədir ki, Yupiter planetinin dəlikləri görüntülənib. Peyk sayəsinə bir çox yeni məlumat əldə ediləcək. Peyk eyni zamanda planetin ətrafındakı buludların da fotosunu çəkib.