31 mart 2017 00:45
365

Dünyanın ən böyük çəhrayı almazı satışa çıxacaq

Dünyanın ən böyük çəhrayı almazı satışa çıxacaq.

60 karatlıq almaz gələn ay Honq-Konqda hərracda satılacaq. Almazın qiyməti 50 milyon dollardır.

Bildirilir ki, "Sothebys" hərrac evi 59.6 karatlıq almazı Honq-Konqun "Sərgi və konqres mərkəzi"-ndə satışa çıxaracaq. Satış 4 aprel tarixinə planlaşdırılıb.

50 milyon dollar qiyməti olan almaz bu günə qədər satışa çıxarılan ən bahalı almazlardan biridir.

Ötən ay "Christies" hərrac evi tərəfindən İsveçrənin Cenevrə şəhərində hərraca çıxarılan 14.62 karatlıq "Oppenheimer" mavi almazı 57.5 milyon dollara satılaraq dünyanın ən bahalı üzüyü olmuşdu.

2015-ci ildə 12.03 karatlıq "Mavi Ay" almazı isə 48.4 milyon dollara satılıb. Alıcı Honq-Konqlu milyarder Cozef Lau idi. Lau daha əvvəl də 16.08 karatlıq "Şirin Jozefina" adlı çəhrayı almaza 28.7 milyon dollar ödəmişdi.

Bu vaxta qədər tapılan ən böyük narıncı almaz isə 14.82 karat olub və 2013-cü ildə 35 milyon dollara satılıb.