Bəy və gəlin tort əvəzinə toyuq dönəri kəsdilər
Yaponiyanın paytaxtı Tokioda keçirilən toy mərasimində qəribə hadisə baş verib.
Türkiyədə yapon dilində yayımlanan "Fuji Tv" müxbiri Toru Uçihaşi və həyat yoldaşı Asuka Uçihaşi Tokioda evləniblər. Gənc cütlük toy mərasimində qəribə bir yeniliyə imza atıblar. Uçihaşilər ənənəvi tort kəsmə mərasimini pozaraq Türkiyədə dadına baxdıqları və çox bəyəndikləri toyuq dönəri kəsiblər.
Cütlük bildirib ki, bir müddət Türkiyədə yaşayıblar və toyuq dönərini çox seviblər. Toyda iştirak edən qonaqlar da toyuq dönərinin dadına baxmaq fürsəti əldə ediblər.