31 mart 2017 17:52
646

5 dollara "Lamborghini Huracan" satılır

Avtomobildən salamat qalan nə varsa 5 dollara satılır.

"İaai" internet satış portalında "Lamborghini Huracan" avtomobili satışa çıxarılıb.

Şəkillərdən də göründüyü kimi avtomobili yanıb. Amma maşının sahibi düşünür ki, "Lamborghini Huracan" avtomobilinin yanğından sonra qalan zir-zibilinə belə alıcı tapılacaq.

"Lamborghini Huracan" modeli 5.2 litr həcmli, V10 obrazlı mühərriklə təchiz edilib. 610 at gücünə malik avtomobil yerindən 100 km/saat sürəti 3.2 saniyəyə yığır. Avtomobilin maksimal sürəti 325 km/saatdır./publika.az