31 mart 2017 18:33
337

Məşhur idmançı lüks apartament aldı

Məşhur serb tennisçi Novak Cokoviç ABŞ-ın Florida ştatındakı Mayami şəhərində lüks apartament alıb.

Milli.Az Page Six-ə istinadən bildirir ki, "Böyük Dəbilqə" turnirlər seriyasında 12 dəfə qalib gəlmiş sabiq dünya çempionu memar Renso Pyaonun layihəsi əsasında tikilmiş binada 3 yataq otaqlı kondominium alıb.

Mayami-Biçdəki "Eighty Seven Park"da yerləşən bu binada üçotaqlı mənzillər 8,9 milyon dollar, penthaus isə 38 milyon dollardır. Mənzillərin interyeri RDAİ bürosu və "Hermes" bürosunun birgə layihəsidir.

70 apartamentli bu binada sakinlərə hotel komfortu təklif olunur.

N.Cokoviç hazırda dünya tennis reytinqində 2-ci yerdədir.