03 aprel 2017 20:06
315

50 min dollara konteyner- ev

Müasir dövrdə konteyner-evlərdən istifadə hallarına getdikcə çox rast gəlinir. Konteynerlərdə insanların rahat yaşaması üçün zəruri hər bir şey düşünülüb.

AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, dəmir konstruksiyalı evlərdən biri də ABŞ-da hazırlanıb. İki nəfər üçün nəzərdə tutulan evdə geniş yataq və rahat qonaq otaqları və mətbəx var.

Bundan başqa, kiçik evdə vanna otağı və duş kabinəsi yerləşib. Ekspertlərin fikrincə, ev-konteynerlərin qiyməti təqribən 50 min dollardır.