05 aprel 2017 00:44
316

Astronomlar başqa aləmlərdən siqnal tutublar

Avstraliyalı astronomlar başqa dünyalardan gələn siqnal tutublar.

Avstraliyanın Suinbern universitetinin astronomları kosmosdan gələn radiosiqnal tutublar.

Güman edilir ki, bu siqnal yadplanetli sivilizasiyalara məxsusdur. Siqnalın mənbəyinin dəqiq harada yerləşdiyini öyrənmək üçün alimlər hərəkətə keçiblər.

Siqnal "Molonqlo" peyki vasitəsilə qəbul edilib. İlkin hesablamalara görə radio impuls Yerdən altı milyard işıq ili uzaqlıqda yerləşən qalaktikadan gəlir.

Alimlərin fikrinə görə, ötürülüən radio dalğa kifayə qədər qeyri-adidir və əvvəllər də qeydə alınıb. Amma bu siqnalın mənbəyini aşkar etmək hələ mümkün olmayıb.