05 aprel 2017 00:25
656

Misirdə yeni piramida tapıldı

Misirdə 3.700 il əvvələ aid piramida qalıqları tapılıb.

Bu barədə Misirin tarix nazirliyi açıqlama verib.

Açıqlamada deyilir ki, Qahirədəki Dahşur antik dövrə aid şəhərdə 3.700 ilə aid piramida qalıqları tapılıb. Bu piramida qalıntılarında bir ədəd daxili dəhliz və 10 heroqlif çəkilmiş bir blok var.

Nazirlik qalıqların çox yaxşı vəziyyətdə olduğunu və arxeoloji qazıntıların davam etdiyini bildirib. Alimlərin məqsədi piramidanın ölçülərini aşkar etməkdir.

Qeyd edilir ki, piramidanın 13-cü Firon xanədanı dövründə inşa edildiyi təxmin edilir.