04 aprel 2017 23:48
215

Alimlərin yeni iddiası

Alimlərin yeni iddiası: "Orta əsrlərdə meyitlərin dirilməsindən bərk qorxurdular"

Alimlər orta əsr insanının meyitlərin dirilməsindən bərk qorxduğunu bəyan ediblər.

"Ölkə.Az" xəbər verir ki, britaniyalı arxeoloqlar orta əsrlərdə yaşayan insanların dirilmiş meyitlərdən bərk qorxduğunu sübut edən faktlar üzə çıxarıblar.

Bu səbəbdən orta əsrlərdə yaşayanlar meyitlərin qəbirdən çıxmaması üçün hər şey ediblər.

Arxeoloqlar insan sümüklərini tədqiq ediblər. Bu sümüklər Yorkşir qraflığının XI-XIV əsrlərdə yerləşdiyi ərazidə tapılıb. İnsan qalıqları 1960-cı illərdə tapılsa da, heç kəs tədqiqatla məşğul olmamışdı.

Arxeoloqlar şok kəşflərin üstünü açıblar. Məlum olub ki, meyitlər parçalanıb və ocaqda yandırılıb. Alimlər bildirir ki, insanlar meyitlərin dirilməsindən qorxduqları üçün belə üsuldan istifadə ediblər.