04 aprel 2017 23:31
303

Subaylıqdan bezdi, robotla evləndi

Çinli mühəndis qadınlarda axtardığını tapmadığı üçün yaratdığı robotla evlənib.

"Ölkə.Az" xəbər verir ki, toy Çin adətlərinə uygun keçirilib və bəyin ailə üzvləri də mərasimdə iştirak ediblər. Mütəxəssislər qeyd edirlər ki, 35 ildən sonra robotlarla evlilik artacaq.

31 yaşlı süni intellekt mütəxəssisi Jenq Jiajia qadına bənzər robot yaradıb və onu "Yingying" adlandırıb. Robot Çin əlifbasını tanıyır və bir neçə cümlə qurub danışa da bilir. Mühəndisin ən böyük arzusu robotun gəzə bilməsi və evin gündəlik işləri ilə məşğul olmasıdır.

Çinli mühəndiz bir neçə gün əvvəl Çin adətlərinə görə toy mərasimi təşkil edib. Çinlilərin toy adətinə uyğun olaraq "gəlin"ə qırmızı şal da bağlanıb. Toya bəyin dostları və anası da qatılıb.