05 aprel 2017 14:28
323

Telefondan asılı qalan insanlara çarə tapıldı

“Give Your Mobile The Boot” layihəsi çərçivəsində Britaniya psixoloqları telefondan asılılıqdan azad olmaq üçün bir neçə üsul təklif ediblər.

Sükan arxasında telefonla danışmaq  kimi təhlükəli  vərdiş ilə mübarizə aparmaq üçün alimlər beş pilləli sistem fikirləşiblər. Bu sistem  nəfəs alıb vermək məşqlərindən ibarət olacaq, hansı ki, diqqəti yalnız avtomobili idarə etmək istiqamətinə yönəldəcək. Avtomobili idarə etməmişdən qabaq sürücülərə bütün vacib zənglərin həyata keçirilməsi və lazım olan mesajların göndərilməsi məsləhətdir. Telefonun özünü isə avtomobilin baqaj hissəsinə qoymaq lazımdır.

Statistikaya görə, Böyük Britaniyada sürücülər hər həftə sosial şəbəkələrə və elektron məktuba üç milyondan çox müxtəlif mesajlar göndərirlər. Nəticədə isə yollarda avtomobil qəzalarının sayı günbəgün artır. Bütün bunlar isə bu yaxınlarda ölkədə qoyulan ciddi qanunvericilik qadağalarına baxmayaraq baş verir.