05 aprel 2017 15:29
256

Ford 5798 avtomobili geri çağırır

ABŞ-ın Ford avtomobil şirkəti Çində satılan 5798 avtomobili təhlükəsizlik yastıqlarındakı qüsurlara görə geri çağıracaq. Bu barədə Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyası məlumat yayıb.

Geri çağırılacaq “Lincoln MKX” və “Lincoln Continental” avtomobilləri 2016-2017-ci illərdə idxal olunub. Prosesə bu ilin iyunundan başlanacaq.

Geri çağırılan avtomobillərdəki nöqsanları şirkət öz hesabına aradan qaldıracaq.