05 aprel 2017 22:34
296

Elə bir ixtira edildi ki...

Cənubi Koreyanın Elm və Texnologiya İnstitutunun alimləri hüceyrələri yeniləyən və yaşlanmanı əngəlləyən iksir hazırladıqlarını bildiriblər.

"Cavanlıq iksiri"nin ilkin testləri heyvanlar üzərində aparılıb. Orqanizmin qocalmasının əsas səbəbi DNT-də zülal parçalanmasına cavabdeh olan hüceyrələrin sürətli deqrodasiyasıdır. Orqanizmdə maddələr mübadiləsinin pozulmasına qüsurlu hüceyrələrin yığılması səbəb olur. ATM zülallarını blok edən KU-60019 birləşməsi canlılardakı lizosimlərin fəaliyyətini azalda bilir.

Qeyd edə ki, daha öncə Rusiya və İsveç alimləri də oxşar ixtira etdiklərini qeyd ediblər. SkQ1 cavanlaşdırıcı iksiri siçovulların üzərində uğurla test edilib./metbuat.az