06 aprel 2017 00:58
374

Dünyanın ən yaxşı restoranlarının siyahısı açıqlandı

"Bloomberg" dünyanın ən yaxşı restoranlarının siyahısını açıqlayıb.

"The World's 50 Best Restaurants" siyahısına Nyu-Yorkun "Eleven Madison Park" restoranı liderlik edir. 2004-cü ildən bu yana ilk dəfədir ki, Amerika restoranı siyahıda birinci pilləyə yüksəlib.

Siyahının tərtib edilməsində min nəfərdən çox ekspert, o cümlədən baş-aşbaz iştirak edib. İtaliyanın Modena şəhərində müştərilərə xidmət edən "Osteria Francescana" restoranı ikincidir. "İspaniyanın Jirona şəhərindəki "El Celler de Can Roca" restoranı üçüncü yerlə kifayətlənməli olub.

Dünyanın ən yaxşı 50 restoranları siyahısına Fransa, Tayland, Peru, Avstriya, Braziliya, Danimarka, Meksika, Böyük Britaniya, Avstraliya, Yaponiya və digər ölkələrdə fəaliyyət göstərən restoranlar daxil edilib.