ABŞ ordusunda xidmət edən Hop Hovard Əfqanıstanda qulluq edib.
"Ölkə.Az" xəbər verir ki, Hop tutduğu vəzifəni tərk edərək yeni bir həyata başlayıb.
Hovard 19 yaşında ABŞ hərbi hava qüvvələrində xidmətə başlayıb və xidmət çərçivəsində Orta Şərqə göndərilib. Nənəsinin ölümündən sonra həyatında dəyişiklik baş verib. Hovard bu hadisəni belə xatırlayır: "Dünyada ən çox sevdiyim insan idi. O, nə olursa olsun, həyatını yaşa deyərdi".
Bu fikir Hopu model olsa da, insanlara kömək edə biləcəyi düşüncəsinə yönləndirib. Uzun müddət Əfqanıstanda ABŞ hərbi hava qüvvələrinin texniki işçisi kimi çalışan Hovard hərbi karyerasına son verib.
Hop indi İnstaqram modelidir və 500 mindən çox izləyicisi var. 26 yaşlı model Əfqanıstan günlərini həyatının ən pis və ən yaxşı təcrübəsi kimi xatırlayır. O, Əfqanıstandan sonra dünyaya fərqli nəzərlərlə baxır.