Mütəxəssislər Yerə bənzər, həmçinin atmosfer təbəqəsinə malik planetin aşkar olunduğunu açıqlayıb.
Çilidəki astrofiziki rəsədxanada "Southworth" adı verilən planet teleskopla müşahidə edilib. Onun böyük ehtimalla isti buxar və qazlardan əmələ gəldiyi deyilir.
39 işıq ili uzaqlıqda olan planet Yerdən 1.4 dəfə böyükdür. Səthində orta temperaturun 370 dərəcəyə çatması, burada canlı tərkibinin mövcud olmasını inkar edir./Metbuat.az