Rusiyanın "TopCar" tüninq şirkəti alman avtomobili üzərində işləyib.
"Ölkə.Az" xəbər verir ki, mühəndislər "Porsche 911" avtomobili üzərində işləyiblər və çox maraqlı bir layihəyə imza atıblar.
Avtomobilin korpusu karbon lifindən hazırlanmış çoxsaylı komponentlərə qovuşub. Nəticədə "Porsche 911" kifayət qədər yüngülləşib. Bundan əlavə yeni səsboğucu sistem, 21 düymlük "ADV.1" diskləri də yenilənib.
Mühəndislər avtomobilinin salonunu da tamamilə yeniləyiblər. Bundan başqa aqreqat da tüninqə məruz qalıb. Tüninqdən sonra mühərrik 650 at gücü hasil edir. Qeyd edək ki, "Porsche 911" modeli 580 at gücü hasil edir. "TopCar" cəmi üç ədəd avtomobil istehsal etməyi planlaşdırır.