08 aprel 2017 00:13
427

Avropanın ən həyacanlı əyləncə parkı açıldı

111,2 metrlik yüksəlikdən 112 km/saat sürətlə aşağı düşməyin həzzini yaşamaq istəyənlər İspaniyada istifadəyə verilmiş "Ferrari Land" əyləncə mərkəzinə yollana bilərlər.

Milli.Az bildirir ki, İspaniyanın Terraqona vilayətindəki Sallouda bu gün istifadəyə verilmiş "Ferrari Land" adrenalin, əyləncə arayanların məkanıdır.

Park rəhbərliyinin dediklərinə görə, "Red Force" adlı attraksion "Formula-1" yarışlarında bolid pilotlarının nələr hiss etdiyni anlamağa imkan verir.

Əyləncə parkının inşası 100 milyon avroya başa gəlib.