10 aprel 2017 20:44
251

Köhnə tankdan 2,5 milyonluq qızıl çıxdı

Britaniyalı kolleksiyaçı Nik Mid bir gün ərzində az qala milyonçuya dönmüşdü.

Milli.Az bildirir ki, o, vaxtilə İraq ordusunda istifadə olunmuş köhnə T-54 tankını eBay onlayn-hərracında satın alıb.

Tankın yanacaq çənindən 2,5 milyon dollarlıq qızıl külçələri çıxıb.

Mid tankı 37 min dollara almışdı.

"Nə edəcəyimi bilmirdim. Dərhal polisə zəng vurdum, çünki 5 qızıl külçəsi ilə banka gedə bilməzdim", - Nik Mid söyləyib.

Polis qızılı müsadirə edib.

Midin satın aldığı tank 1990-1991-ci illərdəki Körfəz Savaşı zamanı beynəlxalq koalisiya tərəfindən ələ keçirilmişdi. Qızıl külçələri tanka Küveytdə iraqlı hərbçilərin gizlətdikləri güman olunur.