12 aprel 2017 00:32
271

İtalyanların yeni "SCG 003" superkarı

İtalyanlar "Scuderia Cameron Glickenhaus 003" super avtomobilini Cenevrə avtomobil sərgisində təqdim etmişdilər.

Super avtomobil hələ konsept layihəsi mərhələsindədir.

"SCG 003" avtomobili gözəl kuzova və əla aerodinamikaya sahibdir. İstehsalçının verdiyi məlumata əsasən, 250 km/saat sürətlə hərəkət edən superkarın sıxılma qüvvəsi 703 kq təşkil edir.

Kapotun altına yerləşdirilən 4.4 litr həcmli, V8 obrazı biturbo mühərrik 800 at gücü hasil edir. Aqreqatın hasil etdiyi güc arxa oxlara 7 pilləli sürətlər qutusu vasitəsilə ötürülür. Avtomobilin çəkisi 1360 kq-dır.

Superkarın sürət xarakteristikası da qənaətbəxşdir. "SCG 003"-ün maksimal sürəti 349 km/saatdır. Yerindən 96 km/saat sürəti yığmaq üçün isə 3 saniyədən də az vaxt tələb edilir.

"SCG 003" avtomobilinin satışa nə zaman çıxacağı və hansı qiymətə satılacağı barədə məlumat yoxdur.