Çinin Çuntsin şəhərində sıldırımı qayaların üzərindən 200 metr hündürlükdə şüşə körpü istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, şüşə körpü onun üzərində gəzməyə cəsarət edən ilk turistlərini artıq qəbul edib. Layihənin yaradıcıları bildirirlər ki, körpüdə eyni vaxtda 80 nəfər hərəkət edə bilər. Bu, tamamilə təhlükəsiz əyləncədir.
Körpü boyunca bütün hadisələri izləməyə imkan verən cihazlar quraşdırılıb. Hər hansı bir hadisə baş verərsə, cihaz vasitəsilə operatorun kompyüterinə ötürülür. Yeni atraksionun yaradıcılarının fikrincə, bu, yer kürəsində ən uzun şüşə körpüdür. Körpünün turistlərin ziyarəti üçün maraqlı məkan olacağı gözlənilir. Bələdiyyə turizm bürosunun hesablamalarına görə, yeni körpü cari ilin sonuna qədər 2 milyon ziyarətçi qəbul edə biləcək.