SOCAR-ın İnformasiya Texnologiyları və Rabitə İdarəsində “Azneft” İB-də SAP UOM sisteminin tətbiqinə həsr olunmuş yığıncaq keçirilmişdir
İyunun 6-da SOCAR rəhbərliyinin təşəbbüsü ilə İnformasiya Texnologiyaları və Rabitə İdarəsində (İTRİ) SAP ERP sisteminin Hasilatın idarə olunması modulunun (SAP UOM) tətbiqinə həsr olunmuş geniş yığıncaq keçirilmişdir.Yığıncaqda həmin modulun “Azneft” İB-də uğurlu tətbiqinin nəticələri, bu modulun Hasilatın Pay Bölgüsü Sazişi əsasında fəaliyyət göstərən Əməlyyat Şirkətlərində və eləcə də, Müştərək Müəssisələrin operatorluq etdiyi yataqlarda tətbiqi imkanları müzakirə olunmuşdur. SOCAR-ın Baş ofisinin, Müştərək Müəssisə və Əməlyyat Şirkətlərinın aparıcı mütəxəssislərinin, “Azneft” İB-nin nümayəndələrinin və İTRİ rəhbərliyinin iştirakı ilə keçirilən tədbirdə SOCAR-ın istifadə etdiyi qabaqcıl təcrübələrin digər istehsalat sahələrində də tətbiqinin məqsədəuyğunluğu iştirakçıların nəzərinə şatdırılmışdır.
İTRİ mütəxəssislərinin təqdimatında SAP UOM modulunun “Azneft” İB-nin bütün neftqazçıxarma idarələrində tətbiqi nəticəsində geoloji-texnoloji nəzarətin təmin olunması, neft hasilatının uçotunun təkmilləşdirilməsi və dəqiqliyin artırılması, neft-qaz hasilatının quyular üzrə operativ uçotunun təşkili və hesabatların aparılmasına effektiv nəzarətin təmin edilməsi sahəsində yaranmış imkanlar nümayiş olunmuşdur. Eyni zamanda bu modulun tətbiqindən əldə edilən effekt, proqramın funksionallığı, onun gələcəkdə Müştərək Müəssisə və Əməlyyat Şirkətlərində tətbiqi nəticəsində vahid məlumat bazasının, raporlama formatının yaradılmasında və hasilat proseslərinin idarə olunmasında verə biləcəyi səmərəlilik haqqında ətraflı məlumat verilmişdir.
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb