02 avqust 2017 15:21
228

"Airbus DC GEO Hungary" Azərbaycanda fəaliyyətini dayandırdı

"Airbus DC GEO Hungary" şirkəti Azərbaycandakı filialının işini yekunlaşdırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, şirkətin Azərbaycanda nümayəndəliyi rəsmi olaraq 2016-cı il martın 16-da açılıb.

"Azərkosmos"dan daha öncə Trend-ə verilən məlumata görə, şirkətin mütəxəssisləri "Azersky" peyki üçün yerüstü antena sisteminin tikintisi və yerli əməkdaşlara bu sistemlə işi təlim etmək üçün Azərbaycana ezam olunmuşdular.