08 iyun 2018 15:26
1206

İndiyədək 2,2 milyard tondan çox neft çıxarılıb

Bu vaxtadək Azərbaycanda 2 milyard 22,7 milyon ton xam neft hasil olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

“Azərbaycanda neft yataqlarının işlənməsinə başlanan vaxtdan bu günə kimi 2 milyard 22,7 milyon ton neft hasil edilib”, - deyə SOCAR bildirir.