20 oktyabr 2017 15:54
4779

Gül kələminin bilmədiyiniz bir çox faydaları

Gül kələminin min bir dərdə dərman olduğunu hamımız çox yaxşı bilirik. Pəhrizdə nizamlı istifadə etdiyimiz gül kələmi xərçəng, diabet, ürək xəstəliyi, yüksək təzyiq, yüksək xolesterin kimi narahatlıqları azaltmağa və qarşısını almağa kömək edir. Bu kələmin insan orqanizi üçün  faydalarını sizə təqdim edirik:

1. Bir  stəkan çiy gül kələmi gündəlik C vitamini ehtiyacının yüzdə 153-nü, folat ehtiyacının yüzdə 14-nü, A vitamini ehtiyacının yüzdə 11-ni və pəhriz lifi ehtiyacının da yüzdə 9-nu qarşılayır.

2. Tərkibində olan  K vitamini qanın laxtalanması və bir çox zülalın çalışması üçün lazımlıdır. C vitamini isə orqanizmin toxuma və sümük strukturunda olan kollagenin istehsalı üçün lazımlıdır.

3. Yaraların sağalmasını təmin edir. Çox güclü antioksidantdır və sərbəst radikal ziyanına qarşı bədəni qoruyur. Yüksək lif ehtiva edən pəhrizlər sağlam bir həzm sistemi yaradır.

4. Eyni zamanda, xolesterinin aşağı düşməsinə də köməkçi olur. Tərkibindəki kalium sinirlərin ötürülməsi və ürəyin qısaltma funksiyaları üçün lazımlı bir mineral və elektrolitdir.

5. Folat bədəndə yeni hüceyrələrin istehsalı və qorunması üçün lazımdır. Lutein isə yaşa bağlı makuya degenerasiya və katarakt əmələ gəlmə riskini azaldır.

6.  Gül kələmi  eyni zamanda dəri xərçənginin qarşısını almağa da yardımçı olur. Cildi UV işığının təsirlərinə qarşı qoruduğunu da qeyd etmək olur.

7.  Diabetlə yaranan ürək zədəsinin qarşısını alır. Gül kələmindən istifadə ürək qan-damar sisteminə qoruyucu təsir göstərən maddələrin istehsalını təmin edir. Bu, fermentlərə zərər verən molekulların təsirini azaldır.

8. Hər ay 3 dəfə gül  kələmindən istifadə etmək sidik kisəsi xərçənginə yaxalanma riskini 40 faiz azaldır. Gül kələmi bitkisinin birləşmələri bədəni havadaki çirkləndiricilərin təsirindən təmizləyir.

9. İstifadə ediləcək bir işdə 1/2 stəkan gül kələmi filizi ehtiva edən içəcək istehlakı yüksək miqdarda benzin və akroleynin bədəndən atılmasını təmin edir. Bunlar insanlar üçün kansorejen və ağciyəri dağıtma təsirinə malik maddələrdir.

10. Gül kələmi içindəki mirosinaz maddənin xərçəng əmələ gəlmə riskini azaldır. Bu ferment gül kələmi olan kükürd tərkibli birləşmələri  izotiyosiyanatlara çevirir, bunlar da xərçəng əleyhinə çıxış edirlər.

Mənsumə Babayeva,

“İki sahil”