23 oktyabr 2017 17:34
692

“Bığlı Mona Liza" hərracda 743 min dollara satılıb

Parisdəki hərracda “Mono Liza” rəsm əsərinin reproduksiyası böyük marağa səbəb olub.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, fransız rəssamı Marsel Düşan Leonardo da Vinçinin məşhur rəsm əsərinə karandaşla bığ və saqqal əlavə edib. Əsər hərracda 743 min dollara satılıb.