02 noyabr 2017 19:08
484

Türkiyədə valyutada gəliri olmayan şirkətlərə valyuta borclanması qadağan ediləcək

Türkiyədə valyuta gəliri olmayan şirkətlər xarici valyutada borc ala bilməyəcək.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı baş nazirin müavini Mehmet Şimşek Parlamentin Plan və büdcə Komissiyası üzvlərinin suallarına cavab olaraq bildirib.

Bununla yanaşı, M.Şimşek böyük şirkətlərə valyuta hedc əməliyyatları məcburiyyətinin tətbiq ediləcəyini də bildirib. Baş nazirin müavini qeyd edib ki, "ixracla məşğul olmayan kiçik müəssisələrə valyutada borc almaq qadağan ediləcək, ixracla məşğul olan şirkətlərə isə son 3 illik orta ixrac həcminin tərəfimizdən müəyyən edilmiş əmsalı qədər valyutada borc almaq icazəsi veriləcək".