Zərdab rayonunun heyvandarları mal-qaranın qış aylarında kifayət qədər qaba yemlə təmin olunması üçün lazımi hazırlıq işləri görüblər.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildirilib ki, heyvandarlıqla məşğul olan fermerlər və fiziki şəxslər tərəfindən bu il 118 min 618 ton ot tədarük olunub. Bu da keçən ildəkindən 422 ton çoxdur.
Bölgədə qaba yem tədarükündə mühüm əhəmiyyət kəsb edən yonca əkini sahələri də xeyli artırılıb və 18 min 612 hektara çatdırılıb.
Qeyd edək ki, hazırda rayonda 54 min 628 baş iribuynuzlu mal-qara, 113 min 361 baş davar var.