06 noyabr 2017 15:55
655

Azərbaycanda builki pambıq yığımının həcmi 165 min tona yaxınlaşıb

Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 164 153 ton məhsul təhvil verilib.

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, ən çox pambıq siyahısına Saatlı (22 441 ton), Biləsuvar (20 110 ton), Bərdə (16 238 ton), Ağcabədi (15 315) və Sabirabad (14 571 ton) rayonlarında yığılıb.