Azərbaycanı hər zaman neft - qaz ölkəsi kimi tanımışıq. Hər zaman Azərbaycanı fərqli ampluada görmək çox maraqlıdır. Bakıda şopinq festivalının keçirilməsi isə ölkənin bütün sahələrdə güclü olmasının göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri festivalın saytına açıqlamasında ABŞ-ın Hudson İnstitutunun Avrasiya siyasəti mərkəzinin müdiri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın həyat yoldaşı Zeyno Baran deyib.
O bildirib ki, bu kimi tədbirlərin keçirilməsi Azərbaycan iqtisadiyyatı və turizmini daha da inkişaf etdirəcək.
Z. Baran Azərbaycana gələn turistlərin festivalla bağlı sayının artmasını vurğulayaraq dövlətimizin turizmin inkişafına yönələn bu addımını təqdir edib.