Saatlı rayonunda heyvandarlığın inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını artırmaq məqsədilə yeni təsərrüfatlar yaradılır, mal-qaranın cins tərkibi yaxşılaşdırılır.
Rayon Statistika İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, hazırda heyvandarlıq və fərdi təsərrüfatlarda 67 min 587 baş iribuynuzlu mal-qara, 113 min 674 baş qoyun-keçi saxlanılır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 824 baş çoxdur.
Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət, süd və yun istehsalının artımında da təkan verib. Cari ilin doqquz ayında 5 min 914 ton ət (diri çəkidə), 33 min 315 ton süd, 132,5 ton yun istehsal edilib ki, bu da ötən ildəkindən xeyli çoxdur.