“Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası İstanbulda nümayəndəlik açacaq.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin (BTNM BA HŞB) ümumi yığıncağında “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinin prezidenti, Assosiasiyanın sədri Kanat Alpısbayev deyib.
O qeyd edib ki, bu məsələ də bugünkü iclasın gündəliyinə daxil edilib.