16 noyabr 2017 17:06
681

Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği 900 mln. manatı keçib

“Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil bankları bu günə qədər 900 105 152 manat ipoteka krediti verib.

“Report” Fonda istinadən xəbər verir ki, bu kreditlər 20 667 borclana verilib.

Başqa sözlə, hər müştəri orta hesabla 43 553 manat kredit götürüb.