Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2017-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri 13557,2 milyon manat, xərcləri 14150,2 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, büdcənin icrasında 593,0 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,0 faizi qədər kəsir yaranıb.