20 noyabr 2017 19:22
567

Yanvar-oktyabrda qida məhsullarının istehsalı 0,9 faiz artıb

Əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 6,6 faiz azalma, qida məhsullarının istehsalında 0,9 faiz, içki istehsalında isə 24,7 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu sahələrin əsas məhsullarından pendir və kəsmik istehsalı 4,5 faiz, kolbasa məmulatlarının istehsalı 43,8 faiz, duru bitki yağlarının istehsalı 4,0 faiz, marqarin istehsalı 13,0 faiz, cem və marmeladların istehsalı 2,0 faiz, pivə istehsalı 29,5 faiz, alkoqolsuz içkilərin istehsalı 3,6 faiz artıb, qənd və şəkər tozu istehsalı isə 46,5 faiz azalıb.