Məşhur qəssab Nüsrətin Mayamidə qaldığı hotel nömrəsinin görüntüləri yayılıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, paylaşdığı ət videoları sayəsində sosial şəbəkədə məşhurlaşan “Nusr-et Steak House”ların yaradıcısı Nusrət Gökçe artıq restoranlarının sayını artıraraq biznesini böyüdür. Sıfırdan qurduğu karyerasını əmin addımlarla yüksəldərək bu gün yemək mədəniyyətində böyük işlərə imza atmağa davam edir.
Belə ki, Etilərdəki məşhur “Nusr-Et” restoranın sahibi Nüsrət Gökçe bu yaxınlarda Mayamidə də restoranını açıb. Məşhur iş adamı lüks hotelin 36-cı mərtəbəsində mənzərəli suit icarəyə götürüb. Tez-tez Mayamiyə gedib-gələn Nüsrət restoranın yaxınlığındakı nömrəyə 70 min TL ödəyib.