01 dekabr 2017 21:30
710

Azərbaycanda ehtiyac meyarı artırıldı

Milli Məclis bu gün keçirilən plenar iclasında “2018-ci il üçün ehtiyac meyarı haqqında” qanun layihəsini qəbul edib.

Trend-in məlumatına görə, 2018-ci ildə ünvanlı sosial yardımın həcminin müəyyən edilməsi üçün istifadə olunan ehtiyac meyarı 130 manat təşkil edəcək.

2017-ci illə müqayisədə bu göstərici 14 manat artıb.