06 dekabr 2017 22:42
958

Üzü üstə yatanlar daha çox erotik röyalar görür

Yuxuların mənşəyini araşdıran almaniyalı alimlər qeyri-adi nəticələr əldə edib. 

ATV.az xəbər verir ki, Manheym universitetinin mütəxəssisləri 670 nəfər üzərində apardıqları müşahidələrdən sonra röyaları bir neçə qrupa bölüblər. Onlar hesab edir ki, otağın havasının kiçik ölüm adlandırılan prossesə böyük təsiri var. Belə ki, yuxuda olan insanların otağına buraxılan gül ətirləri, onların xoş röyalar görməsinə, pis qoxular isə kabuslar görməsinə səbəb olur. B qrupu vitaminlərin də yuxuya təsiri müəyyən olunub. Belə ki, yatmazdan əvvəl banan və ləpəli bitkilərin yeyilməsi yuxunu dərin və şirin edir. Yatış tərzinə gəlincə, alimlər üzü üstə yatmağa vərdiş edənlərin erotik röyalara daha meylli olmalarını aydınlaşdırıblar.